Bakıda 2 məşhur liseyin direktoru işdən çıxarıldı - Foto

14:18 12.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərində yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru Tariyel Talıbov və Kimya, biologiya təmayüllü respublika liseyinin direktoru Kamran Rəhimov vəzifələrindən azad edilib. 

Hafta.az-ın məlumatına görə, onlar çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurublar. 

Direktorların əvəzinə hələlik təyinat yoxdur.  vakansiya

Qeyd edək ki, Talıbov Tariyel 1993-cü ildən Fizika, riyaziyyat və informatika təmayüllü liseyə rəhbərlik edirdi./Modern.az